METBUAT.AZ

İqtisadiyyat

Mərkəzi Bank onları cərimələdi

16 Noyabr 2024 11:48

“BOKT AZPUL", “PARA BOKT” və “MJ Financial Services BOKT” təşkilatlarının vəzifəli şəxsləri Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən cərimə edilib.

Metbuat.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, cərimə tədbiləri həyata keçirilib.

Belə ki, “PARA” bank olmayan kredit təşkilatı ASC-nin vəzifəli şəxsi 2 min manat, “MJ Financial Services bank olmayan kredit təşkilatı” ASC-nin vəzifəli şəxsi 1 500 manat, bank olmayan kredit təşkilatı AZPUL MMC-nin vəzifəli şəxsi 6 min manat məbləğində cərimə edilib.


metbuat.az.