METBUAT.AZ

Dünya

Məşhur internet şirkətində əməliyyat -

29 Noyabr 2024 21:49

Avropa polisi və İtaliya polis 22 milyon istifadəçisi olan və qanunsuz fəaliyyət göstərən nəhəng IPTV şirkətində əməliyyat aparıb.

Metbuat.az xəbər verir ki, axtarışlar rəqəmsal piratlıqla bağlı həyata keçirilib. Şirkətin bir sıra işçiləri həbs edilib. Araşdırmalar zamanı şirkətin aylıq gəlirinin 250 milyon avro olduğu məlum olub. Həyata keçirilən əməliyyat sayəsində qeyri-qanuni IPTV xidmətləri göstərən və dünya üzrə 22 milyon istifadəçiyə çatan nəhəng pirat şəbəkəsi tamamilə çökdürülüb. Əməliyyat çərçivəsində 102 şübhəli hədəfə alınıb. Polislər bununla bağlı İtaliya, Böyük Britaniya, Hollandiya, Rumıniya, Xorvatiya və Çinin müxtəlif bölgələrində reydlər keçirib. IPTV şəbəkəsinin 560 dileri olub və əməliyyat zamanı 2500-dən çox qeyri-qanuni kanal aşkar edilib. Pirat yayımları üçün istifadə edilən əsas serverlərin Rumıniya və Honq-Konqda olduğu müəyyən edilib. Əməliyyat çərçivəsində İngiltərə və Hollandiyada 3 yüksək vəzifəli şəxsin tutulması ilə yanaşı, Xorvatiyada da 11 nəfər saxlanılıb. Rəsmilər İtaliyada yayım kanallarını idarə etmək üçün 80 idarəetmə paneli aşkar ediblər.

Qeyd edək ki, IPTV qanunsuz olaraq Netflix, Amazon Prime, Disney+, Sky, Dazn, Mediaset kimi əsas platformaların məzmununu istifadəçilərə təklif edirdi.


metbuat.az.