METBUAT.AZ

İdman

Mourinyonun istəkləri bitmir -

4 Noyabr 2024 15:27

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo ilə idman direktoru Mario Branko arasında görüş keçirilib.

Metbuat.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı keçmiş oyunçusu Nikolo Zalevskinin “Roma”dan transfer olunmasını istəyib. Türkiyə mediasının məlumatına görə, Mourinyonun, “Zalevskini çox yaxşı tanıyıram. O, yaxşı oyunçudur və onu transfer etsək, vacib bir işi tamamlamış olarıq. Onu müxtəlif mövqelərdə oynada bilərəm. Onu komandamda istəyirəm" - dediyi iddia edilib.

Məlumata görə, futbolçu ilə "Qalatasaray" və "Beşiktaş" klubları da maraqlanır. Futbolçu cari mövsümdə “Roma”da 8 matçda çıxıb. O nə qol vura bilib, nə də məhsuldar ötürmə verə bilib. İddia edilir ki, futbolçu Joze Mourinyo ilə çalışmaq istəyir.


metbuat.az.