11 Noyabr 2024 12:02
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29 sessiyasının Prezidenti seçilib.
Metbuat.az xəbər verir ki, bu barədə bu qərarı COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber elan edib və o, sessiyanın idarəçiliyini Muxtar Babayevə təhvil verib.
Muxtar Babayev çıxış edərək hər kəsi Bakıda görməkdən məmnun olduğunu bildirib.