METBUAT.AZ

Şou

Natiq Şirinovun oğlu əməliyyat olundu -

10 Noyabr 2024 09:03

Xalq artisti Natiq Şirinovun oğlu Ümid Türkiyədə təcili əməliyyat olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Ümidin xanımı Fatimə sosial şəbəkə hesabında məlumat verib.

O, bildirib ki, Ümid İstanbulda konsertdən sonra səhhətində problemlər yaşayıb və təcili əməliyyat olunub:

"Son günlərdə başımız çox qarışıq idi. Konsertdən sonra həyat yoldaşımın səhhətində ciddi narahatlıq yarandı və dərhal əməliyyat olundu. Allahdan şəfa diləyirəm. Şükür ki, yavaş-yavaş sağalır. Allah heç kəsi canı ilə sınamasın".

Qeyd edək ki, Fatimə Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Cütlüyün Şəms adlı bir qızı var.


metbuat.az.