6 Noyabr 2024 09:50
Sumqayıtda 29 yaşlı qadını qaynı arvadı bıçaqlayıb.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdü Ülviyyə Faiq qızı Quluyeva yaşadığı evdə yaranmış mübahisə zamanı qaynının həyat yoldaşı 1998-ci il təvəllüdlü Ruhanə Mübariz qızı Quluzadə tərəfindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Qaynı arvadını bıçaqlamaqda şübhəli bilinən R.Quluzadə saxlanılıb.
Fakt araşdırılır.