5 Noyabr 2024 13:45
UEFA Avropa Liqasının əsas mərhələsində Norveçdə “Budyo-Qlimt” və “Qarabağ” komandaları arasında keçiriləcək IV tur oyununa təyinatlar açıqlanıb.
Metbuat.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Luiş Qodinyo olacaq. Ona yan xətt hakimləri Ruy Teyşeyra və Pedru Almeyda kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andre Nartsisu yerinə yetirəcək.
VAR hakimi Fabio Oliveyru Melo, onun köməkçisi isə Uqu Migelya olacaq.
Qeyd edək ki, noyabrın 7-da “Aspmüra” stadionunda keçiriləcək “Budyo-Qlimt” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.