METBUAT.AZ

Dünya

Qərb gərginliyi artırmaq istəyir -

20 Noyabr 2024 08:25

Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli silahlarla hücumları Qərbin Rusiyaya qarşı müharibəsində yeni mərhələ kimi dəyərləndiriləcək.

Metbuat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. Lavrov Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Liderlər Sammitindən sonra mətbuat konfransı keçirib. O bildirib ki, Rusiya Qərbin həmlələrinə cavab verəcək. ABŞ-ın Ukraynaya verdiyi uzaqmənzilli silahların Rusiya ərazisində istifadəsinə icazə verməsi ilə bağlı iddiaları dəyərləndirən Lavrov, Ağ Evin və Pentaqonun hələlik bu barədə rəsmi açıqlama vermədiyinə diqqət çəkib.

Lavrov Ukrayna ordusunun Bryansk bölgəsinə ABŞ istehsalı ATACMS raketlərlə hücum etdiyinə deyib və Qərbin gərginliyi artırmaq istədiyini ifadə edib.


metbuat.az.