20 Noyabr 2024 11:43
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti ilə bağlı yeni iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, mövsümün sonunda “Real”dan gedəcəyi deyilən Ançelottinin yeni iş yeri açıqlanıb. “Bein sports”un xəbərinə görə, Braziliya Futbol Federasiyası növbəti dəfə Ançelottiyə təklif irəli sürüb. Ançelottinin təklifi rədd etmədiyi iddia edilir. Bildirilir ki, Braziliya azarkeşləri milliyə Pep Qvardiolanın gətirilməsini tələb etsələr də, onun “Mançester Siti” ilə müqaviləsini artıracağı deyilir. Buna görə də, Braziliya Futbol Federasiyası milliyə Ançelottini gətirmək istəyir.
Qeyd edək ki, Braziliyanın ötən mövsüm də Karlo Ançelottiyə təklif irəli sürdüyü, lakin onun “Real”da qalmağa üstünlük verdiyi barədə xəbərlər dərc edilmişdi.