1 Noyabr 2024 10:43
“Real Madrid” Səudiyyə Ərəbistanı komandalarının diqqətində olan braziliyalı futbolçusu Vinisius Junioru klubda saxlamaq istəyir.
Metbuat.az xəbər verir ki, “Real Madrid”in Vinisius Juniora yeni müqavilə təklif etdiyi iddia edilib. “Relevo”nun xəbərinə görə, “Real” braziliyalı ulduzun 2027-ci ildə başa çatacaq müqaviləsini uzatmaq istəyir. Xəbərdə Səudiyyə Ərəbistanı komandalarının futbolçunu razı salmaq üçün ona aqressiv təzyiqlər etdiyi də iddia edilib.
Qeyd edək ki, Vinisius Junior açıqlamasında əbədi olaraq “Real”da qalmaq istədiyini ifadə etmişdi. 2018-ci ildə “Flamenqo”dan “Real Madrid”ə gələn braziliyalı hücumçu İspaniya nəhənginin heyətində 279 matçda meydana çıxıb və 91 qol vurub, 82 məhsuldar ötürmə edib. Kilian Mbappenin transferindən sonra Vinisius Junior sevdiyi sol cinah mövqeyini əldən verməyib.