7 Noyabr 2024 22:52
“Opta”nın superkompüteri bu il yeni formatda keçirilən Çempionlar Liqası ilə bağlı proqnoz verib.
Metbuat.az xəbər verir ki, proqnozda Çempionlar Liqasının Liqa mərhələsini hansı klubun lider bitirəcəyi, hansı klubun ilk 8-ə düşməyəcəyi yer alıb. “Opta”ya görə, “Real Madrid” və “Bavariya” kimi böyük klublar ilk 8-liyə düşə bilməyəcək.
Qeyd edək ki, 36 komandanın yer aldığı yeni formatda ilk səkkiz yeri tutan komandalar birbaşa növbəti mərhələyə yükəsləcək. 9 və 24-cü yerləri tutan komandalar isə pley-off mərhələsində üz-üzə gələcək. Pley-off mərhələsindən sonra ümumilikdə 12 komanda turnirlə vidalaşacaq.
Optanın proqnozu belədir:
1. “Liverpul”
2. “İnter”
3. “Sportinq Lissabon”
4. “Barselona”
5. “Borussia Dortmund”
6. “Mançester Siti”
7. “Atalanta”
8. “Monako”
9. “Aston Villa”
10. “Arsenal”
11. “Brest”
12. “Bayer Leverkuzen”
13. “Bavariya”
14. “Lill”
15. “Yuventus”
16. “Milan”
17. “Seltik”
18. “Real Madrid”
19. “Dinamo Zaqreb”
20. “Atletiko Madrid”
21. “Benfika”
22. PSV
23. “Feyenoord”
24. “Brügge”
25. PSJ
26. “Sparta Praqa”
27. “Ştutqart”
28. “Şaxtyor Donetsk”
29. Girona
30. Red Bull Salzburg
31. “Boloniya”
32. “Leypzig”
33. “Şturm Qrats”
34. “Yanq Boys”
35. “Srvena Zvezda”
36. “Slovan Bratislava”