27 Noyabr 2024 22:04
Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.
Metbuat.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, tədbirlərlə 1996-ci il təvəllüdlü, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadə saxlanılıb. Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.
Müvafiq qərarla R.Süleymanzadə 45 sutka inzibati qaydada həbs edilib.