25 Noyabr 2024 21:41
Rusiyada “Telegram” 7 milyon rubl cərimələnib.
Metbuat.az xəbər verir ki, yerli dairələr “Telegram”ın bəzi qadağan olunmuş məzmuna girişi bloklamadığını irəli sürüb. Məhkəmə platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl olunmadığı qənaətinə gəlib.
Qeyd edək ki, Rusiyada oxşar səbəblərə görə “Apple”, “Google”, “TikTok” və “Facebook” kimi müxtəlif xarici platformalar üçün cərimələr tətbiq edilib. Bundan əvvəl, Rusiya məhkəmələri tərəfindən “Google”a tətbiq edilən cərimələrin məbləği 20 desilyon dolları keçib. Buna səbəb “YouTube”da Rusiya qurumlarına və fiziki şəxslərə məxsus kanalların silinməsidir. Bildirilir ki, “Google”un Rusiyanın 17 televiziya kanalına ödəməli olduğu təzminat məbləği 20 desilyon dolları keçib.