METBUAT.AZ

Dünya

Rusiyadan üçüncü dünya müharibəsi xəbərdarlığı

19 Noyabr 2024 17:25

NATO-nun uzaqmənzilli silahlarından istifadə ediləcəyi təqdirdə Rusiyanın Kiyevə və NATO elementlərinə hücum etmək hüququ olacaq.

Metbuat.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev belə bəyanatla çıxış edib. Medvedev ABŞ-ın Ukraynaya verdiyi uzaqmənzilli silahların Rusiya ərazisində istifadəsinə icazə verməsi ilə bağlı iddiaları dəyərləndirib. O, bu raketlərin Ukraynanın müharibədəki hərəkətlərinə töhfə verməyəcəyini bildirib. Medvedev Rusiya Prezidenti Vladimir Putinin “Ukraynanın Rusiya ərazisinə hücum etməsinə icazə verilməsi NATO ölkələri, ABŞ və Avropa ölkələrinin Ukraynadakı müharibəyə qoşulması deməkdir” fikirlərini xatırladaraq deyib:

"Bunun nəticəsində nüvə doktrinasının yeni variantı qəbul edildi. NATO-nun raketlərindən bu şəkildə istifadə edilməsini müttəfiq ölkələrin Rusiyaya qarşı hücumu kimi dəyərləndirmək olar. Bu halda Kiyev və NATO elementləri harada olurlarsa olsunlar, onlara kütləvi qırğın silahları ilə cavab veriləcək. Rusiyanın bunu etmək hüququ var və bu, üçüncü dünya müharibəsi olacaq”.


metbuat.az.