22 Noyabr 2024 18:27
Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin iş və istirahət günlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul etmişdi.
Metbuat.az-ın məlumatına görə, 2024-cü ilin 13 noyabr iş günü 23 noyabr şənbə günü ilə əvəz olunub. Dəyişiklik iş və istirahət günlərinin ardıcıllığının qorunması məqsədilə həyata keçirilib.
Nəticədə, sabah, 23 noyabr iş günü hesab olunur.