12 Noyabr 2024 21:31
İngiltərə Premyer Liqasının "Liverpul" klubu müqaviləsi mövsüm sonunda bitəcək olan Məhəmməd Salah ilə danışıqları davam etdirir.
Metbuat.az xəbər verir ki, "Liverpul" ilə Salah tərəfinin gözləntiləri üst-üstə düşmədiyinə görə yeni müqavilə barədə danışıqlar nəticəsiz qalıb.
"Sky" nəşrinin məlumatına görə, 32 yaşlı misirli futbolçuya Səudiyyə Ərəbistanı və Avropadan təkliflər var.
Qeyd edək ki, Salah 2017-ci ildən bu yana "Liverpul" forması ilə 366 oyunda meydana çıxıb, 221 qol vurub və 99 məhsuldar ötürmə edib.