METBUAT.AZ

Dünya

Sandu Moldovada prezident seçkilərində

4 Noyabr 2024 09:31

Moldovanın hazırkı prezidenti Maia Sandu prezident seçkilərində Aleksandr Stoyanoqlo üzərində 10 faizə yazın fərqlə qalib gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə noyabrın 3-də keçirilən seçkilərin ikinci turunun ilkin nəticələrində qeyd olunub.

Mərkəzi Seçki Komissiyasının saytında dərc edilmiş ilkin səsvermə nəticələrinə əsasən, M.Sanduya 908 196 seçici (54,91%), A.Stoyanoqloya isə 745 866 seçici (45,09%) səs verib.

Seçkilərdə 1 697 019 Moldova vətəndaşı iştirak edib ki, bu da 54,28% təşkil edir. Bu saata kimi səsvermə protokollarının 98,6 faizi hesablanıb.


metbuat.az.