METBUAT.AZ

İqtisadiyyat

Seçkidən sonra bu hissələr yüksəldi -

7 Noyabr 2024 23:22

Donald Trampın prezident seçilməsindən sonra bir sıra sektorlar ciddi gəlirlər əldə edib.

Metbuat.az xəbər verir ki, Respublikaçı namizədin qələbəsi ilə dəyərləri yüksələn aktivlər arasında ən çox diqqəti çəkənlər Trampla bağlı olan və onun prezidentliyi dövründə faydalanacaq şirkətlərdir.

NBC-də gedən məlumata görə, Trampın sosial media platforması "Truth Social"a sahib olan "Tramp Media and Technology Group" səhmləri çərşənbə günü 6% artımla bağlanıb. Bununla yanaşı, "Tesla" şirkətinin səhmləri də əhəmiyyətli dərəcədə - 15% yüksəlib.

Bitkoin qiyməti də 9% artaraq, təxminən 76,000 dollara çatıb. Kriptovalyutalar və bu sahədəki şirkətlər çərşənbə günü geniş iqtiadi artımlar yaşayıblar.

"BTIG" maliyyə xidmətləri firmasının araşdırma direktoru İsaak Boltanski çərşənbə günü müştərilərə göndərdiyi mesajda Trampın ikinci prezidentliyi dövründə fayda götürəcək sektorları sadalayıb. Bunlar özəl həbsxanalar, qalıq yanacaqları, nüvə və təmiz kömür, müdafiə sənayesi və əvvəllər ciddi tənzimləmə altında ola biləcək onlayn maliyyə xidmətləri sektorudur.

Tramp ümumiyyətlə böyük vergi güzəştlərinin uzadılması və yeni vergi azadlıqlarının tətbiqini, həmçinin tənzimləmələrin yumşaldılmasını vəd edib. İş dünyası bu vədləri məmnuniyyətlə qarşılayıb və bu səbəbdən, çərşənbə günü iqtisadi artım gözləntiləri ilə səhmlərin dəyəri ümumi artımla yüksəlib.


metbuat.az.