25 Noyabr 2024 15:25
“Beşiktaş”ın keçmiş baş məşqçisi, şərhçi Sergen Yalçın açıqlamaları ilə diqqət çəkib.
Metbuat.az xəbər verir ki, “Ekol tv”də “Beşiktaş” - “Göztepe” matçını şərh edən Sergen Yalçın hazırda Azərbaycan millisinin baş məşqçisi olan Fernandu Santuş barədə maraqlı fikirlər səsləndirib. Sergen Yalçın Fernandu Santuşun bundan əvvəl “Beşiktaş”da baş məşqçi olduğunu xatırladaraq, onun oyun zamanı gülməli hərəkətlər etdiyini ifadə edib. Sergen Yalçın “O necə də komik adamdır. Mən onu həmişə görəndə gülürdüm. Meydanın kənarında öz-özünə əl hərəkətləri etməyini seyr edəndə gülürdüm” - deyə bildirib.
Qeyd edək ki, “Beşiktaş” - “Göztepe” matçı 2-4 hesabı ilə başa çatıb.