METBUAT.AZ

Ölkə

Sərnişin təyyarəsi Bakıya təcili eniş etdi

25 Noyabr 2024 19:51

“Air Arabia” aviaşirkətinin Moskva–Şarja reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

Bu barədə Metbuat.az-a Heydər Əliyev Beynəlxalq Aeropotunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu qərar göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi ilə əlaqədar olaraq qəbul edilib. “Airbus A320” təyyarəsi təhlükəsiz şəkildə yerli vaxtla saat 18:54-də Bakı hava limanına eniş edib. Hadisə ilə əlaqədar olaraq aeroportun müvafiq xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Təcili tibbi yardım briqadası sərnişinə yerində operativ şəkildə yardım göstərib. Daha sonra müayinə üçün xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu fövqəladə hallara çevik reaksiya göstərmək və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün müasir tələblərə uyğun bütün zəruri infrastruktur və yüksək peşəkarlığa malik komandaya sahibdir.


metbuat.az.