23 Noyabr 2024 23:53
"Qalatasaray"ın belçikalı ulduzu Mişi Batşuayi Bodrum FK-ya qarşı oyunda komandasına qələbə qazandıran qoldan sonra fikirlərini bölüşüb.
Metbuat.az xəbər verir ki, Batşuayi bu axşam "Qalatasaray"ı gözlənilən formansı göstərə bilmədiyini deyib. O, bunu səfərdə oynamaları ilə əlaqələndirib, amma 3 xalın vacib olduğunu da xatırladıb. Bununla yanaşı, Yiğit və ailəsinə başsağlığı diləyib.
Batşuayi həmçinin hücum taktikasına da toxunub: "İki hücumçu və ya tək hücumçu kimi oynamağı bacarıram. Viktor Osimhen çox uzundur, hava toplarında yaxşıdır və dərinliyə qaçışlar edir. Mən isə texniki olaraq daha güclüyəm. Seçim isə baş məşqçidən asılıdır və o, düzgün qərar qəbul edir".