12 Noyabr 2024 22:03
Almaniyanın “Lufthansa” aviaşirkətinə məxsus təyyarə hava burulğanına düşüb.
Metbuat.az xəbər verir ki, hadisə nəticəsində 11 nəfət xəsarət alıb. Onların xəsarətləri yüngüldür. Xəsarət alanlardan 6-sı ekipaj üzvü və 5-i sərnişindir. Təyyarə eniş etdikdən sonra yaralılara tibbi yardım göstərilib. Məlumata görə, hadisə təyyarə Buenos-Ayresdən Frankfurta uçarkən qeydə alınıb. Alman mətbuatında yer alan xəbərə görə, göyərtəsində 39 sərnişin olan “Boeing 747-8” reaktiv təyyarəsi Atlantik okeanı üzərində hava boşluğuna düşüb.
“Lufthansa” rəsmilərinin sözlərinə görə, hadisəyə baxmayaraq, təyyarə təhlükəsiz şəkildə eniş edə bilib.