4 Noyabr 2024 22:43
ABŞ-da Respublikaçılar partiyasının namizədi Donald Tramp seçkinin taleyini müəyyən edəcək bütün ştatlarda Demokrat rəqibi Kamala Harrisdən irəlidə olduğunu ifadə edib.
Metbuat.az xəbər verir ki, Tramp “ABC News”a açıqlamasında noyabrın 5-də keçiriləcək prezident seçkilərini dəyərləndirib. Tramp rəqabətin gərgin keçəcəyi deyilən ştatlarda öndə olduğunu irəli sürüb. Keçmiş prezident həmçinin seçkilərdən sonra açıqlama verəcəyini ifadə edib.
Qeyd edək ki, bundan əvvəl bir sıra şirkətlər rəqabətin gərgin keçəcəyi ştatlarda sorğu aparıb. Araşdırmalara görə, Donald Tramp Kamala Harrisi qabaqlayır. ABŞ-da rəqabətin gərgin keçdiyi ştatlarda qalib olan namizədin prezident seçilmək şansı daha çox olur.