METBUAT.AZ

COP29

Türkiyəli nazir müavini COP29-a qatıldı

21 Noyabr 2024 19:17

Türkiyənin Ailə və Sosial Xidmətlər nazirinin müavini Adil Çalışkan Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edib.

Metbuat.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, Çalışkan Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İSESKO ilə əməkdaşlıq çərçivəsində təşkil olunan "Gənclər İqlim Dözümlülük və Sülhün kəsişməsində" adlı tədbirə qatılıb.

Tədbirdə çıxış edən nazir müavini Ailə və Sosial Xidmətlər Nazirliyinin iqlim dəyişikliyindən xüsusilə mənfi təsirlənən qadın və uşaqlar üçün həyata keçirdiyi işlərdən danışıb.

Çalışkan gənclərin iqlim dəyişikliyinə qarşı davamlılığın yaradılmasında oynadığı rola toxunaraq, iqlim dəyişikliyi ilə mübarizədə ən yaxşı şəkildə üzərlərinə düşəni etməyə hazır olduqlarını qeyd edib.

Həmçinin Adil Çalışkan Bakıdakı təmasları çərçivəsində Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşüb. Görüşdə iki nazirlik arasında iqlim dəyişikliyi çərçivəsində görülən işlərə toxunulub, mümkün əməkdaşlıq imkanları müzakirə edilib, əlaqələrin müsbət inkişafı üçün qarşılıqlı xoş niyyətlər ifadə olunub.


metbuat.az.