16 Noyabr 2024 17:34
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində yer aldığı VII qrupda İrlandiyaya uduzub.
Metbuat.az xəbər verir ki, Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda baş tutan oyun rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda ilk görüşdə İslandiyaya da eyni hesabla məğlub olub.