METBUAT.AZ

Dünya

Yeni "Əhməd" hadisəsi yaşandı -

25 Noyabr 2024 00:14

Türkiyənin İstanbul şəhərinin Büyükçekmece bölgəsində Bahadır Aladağ adlı şəxs ata və anasını, baldızını, həmçinin yaxın dostunu qətlə yetirib.

Metbuat.az NTV-yə istinadən xəbər verir ki, cinayətkar əvvəlcə valideynlərini evdə, daha sonra Əsənyurdda baldızını və Avcılarda bərbər dostunu öldürüb. Həmçinin Aladağ iki nəfərə ağır xəsarət yetirib.

O, hadisələrdən sonra şəxsi avtomobilində intihar edib.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.