29 Noyabr 2024 20:53
Yeni Zelandiya Hərbi Dəniz Qüvvələrinə məxsus "HMNZS Manawanui" hidroqrafik tədqiqat gəmisinin Samoa sahillərində batması ilə bağlı araşdırmanın səbəbləri ictimaiyyətə təqdim edilib.
Metbuat.az xəbər verir ki, Yeni Zelandiya hökumətinin apardığı təhqiqat nəticəsində məlum olub ki, ekipajın səhvi donanma gəmisinin Samoa qayalıqlara çırpılaraq batmasına səbəb olub. Qəzanın ekipajın avtomatik pilotda olduğunu anlamaması və quruya doğru hərəkət edən gəmiyə müdaxiləni gecikdirməsi nəticəsində baş verdiyi müəyyən edilib. Məlumata görə, ekipajın üç üzvü barədə intizam prosesi aparılacaq.
Qeyd edək ki, gəmidəki 75 ekipaj üzvünün hamısı təhlükəsiz şəkildə təxliyə edilib.