METBUAT.AZ

Dünya

ABŞ əsgərləri Suriyada olmamalıdır -

23 Dekabr 2024 23:45

ABŞ-nin yeni prezidenti seçilən Donald Trampın Milli Təhlükəsizlik Müşavirliyinə namizədliyini irəli sürdüyü Mayk Vals Suriya ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, ABŞ əsgərləri Suriyadan geri çəkilməlidir. ABŞ əsgərləri Suriyada olmamalıdır deyən Mayk Vals, Trampın Yaxın Şərq siyasətinin doğru olduğunu ifadə edib. Vals "Prezident Tramp tamamilə haqlıdır. Onun mandatı bizi Yaxın Şərq müharibələrinə sürükləmək deyildi. Bizim ABŞ əsgərlərinin Suriyada olmasına ehtiyacımız yoxdur” - deyə bildirib. Vals ABŞ-nin Suriyada diqqət yetirdiyi məsələlər arasında İŞİD terrorçuları və İsrail sərhədlərinin təhlükəsizliyi olduğunu bildirib. Vals müsahibəsində Suriyadakı vəziyyətlə yanaşı, Qəzzadakı ABŞ vətəndaşı İsrailli məhbuslar və İranla bağlı da açıqlama verib.

Qeyd edək ki, Pentaqon Suriyada 2000 ABŞ əsgərinin olduğunu açıqlamışdı.


metbuat.az.