METBUAT.AZ

Ölkə

“ASAN xidmət”ə 80 milyonuncu müraciət qeydə alındı

3 Dekabr 2024 14:36

Dekabrın 3-də “ASAN xidmət”ə 80 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, həmin müraciət 3 saylı “ASAN xidmət” mərkəzinə Könül Hadıyeva tərəfindən edilib. O, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən doğumun qeydə alınması xidmətindən yararlanıb.

80 milyonuncu müraciətin sahibi kimi Könül Hadıyevaya təşəkkürnamə və ABAD-çı tərəfindən hazırlanmış simvolik hədiyyə təqdim olunub.


metbuat.az.