METBUAT.AZ

Siyasət

Azərbaycanın İraqdakı səfiri geri çağırıldı -

16 Dekabr 2024 17:09

Azərbaycanın İraqdakı səfiri Nəsir Natiq oğlu Məmmədov geri çağırılıb.

Metbuat.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın".

Qeyd edək ki, 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Nəsir Natiq oğlu Məmmədov Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


metbuat.az.