13 Dekabr 2024 12:13
Azərbaycan badminton millisinin 2025-ci il fevralın 12-16-sı aralığında Bakıda ilk dəfə keçiriləcək qarışıq komandalar üzrə Avropa çempionatındakı rəqibləri müəyyənləşib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyasından məlumat verilib.
Bakı İdman Sarayında təşkil olunacaq turnirdə 8 komanda mübarizə aparacaq. I qrupda yer alan Azərbaycan millisinin rəqibləri son çempion Danimarka, İspaniya və İngiltərə yığmaları olacaq.
II qrupda Fransa, Almaniya, Çexiya və Niderland komandaları yer alıblar.
Qeyd edək ki, qruplarda ilk 2 yeri tutacaq yığmalar yarımfinala vəsiqə qazanacaqlar.