25 Dekabr 2024 11:45
"Barselona"da uğursuz oyunlardan sonra baş məşqçi Hansi Fliklə bağlı qərar verilib.
Metbuat.az xəbər verir ki, "Barselona" Hansi Flikin rəhbərliyi altında mövsümə uğurlu başlayıb. İlk 12 matçın 11-də qalib gələn “Barselona” bir məğlubiyyət alıb. Derbidə Espanyol üzərində qələbə qazanan Kataloniya komandası keçirdiyi 7 matçda istənilən xalları əldə edə bilməyib. “Sport”un məlumatına görə, "Barselona" uğursuzluğa baxmayaraq alman məşqçiyə güvənir.
Qeyd edək ki, bu mövsüm La Liqada evdə beş oyunun hamısında qələbə qazanan "Barselona" son üç ev matçında məğlubiyyətlə üzləşib. “Las Palmas” və “Leqanes”ə uduzan Kataloniya komandası bu qarşılaşmaların hər ikisinin ilk hissəsində qol vura bilməyib. “Barselona” “Atletiko Madrid” matçında önə keçsə də, ikinci hissədə buraxılan iki qolla məğlub olub."Barselona" tarixində üçüncü dəfədir ardıcıl ev oyununda məğlub olur. Bundan əvvəl 1965 və 1987-ci illərdə “Barselona” belə uğursuz statistikaya imza atmışdı.