16 Dekabr 2024 11:45
"Barselona" klubu “Bayer Leverkuzen”in futbolçusu Conatan Tahla razılıq əldə etmək üzrədir.
Metbuat.az xəbər verir ki, “Barselona” müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçunu azad agent kimi heyətə cəlb edə bilər. Alman müdafiəçi Avropanın aparıcı klublarının transfer siyahısındadır. Bildirilir ki, "Bavariya", "İnter", "Yuventus" və "Real Madrid" kimiklublar da futbolçunu transfer etmək istəyir. Lakin "Barselona” Conatan Tahla transfer danışıqlarında əlverişli mövqedədir.
Məlumata görə, "Barselona"nın idman direktoru Deko Tah və onun nümayəndəsi ilə Leverkuzendə görüş keçirib. Danışıqların məhsuldar olduğu qeyd edilib. Dekonun təklif etdiyi layihəyə Tahın heyran qaldığını iddia edilir.