METBUAT.AZ

Dünya

​Blinken təsdiqlədi -

15 Dekabr 2024 17:24

ABŞ Dövlət katibi Antoni Blinken yeni Suriya hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparıldığını təsdiqləyib.

Metbuat.az APA-ya istinadla xəbər verir ki, bu barədə “The Guardian“ məlumat yayıb.

Antoni Blinken bildirib ki, digər diplomatlarla birlikdə İordaniyada Heyət Təhrir əş-Şam təmsilçiləri ilə danışıqlar aparıblar.

ABŞ Dövlət katibi danışıqların detalların açıqlamayıb.

Qeyd edək ki, ABŞ 2018-ci ildə Heyət Təhrir əş-Şamı terror qruplaşması kimi tanıyıb.


metbuat.az.