METBUAT.AZ

Dünya

BMT-dən Suriya xalqına humanitar dəstək

17 Dekabr 2024 23:45

Suriyadakı müvəqqəti hökumətin mülki insanları, o cümlədən humanitar işçiləri qorumaq öhdəliyini alqışlayıram.

Metbuat.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş belə açıqlama verib. Quterres, BMT Baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Tom Fletcheri humanitar məsələlərlə bağlı Suriyaya göndərdiyini ifadə edib. O bildirib ki, BMT Suriya xalqına humanitar yardımın artırılması üçün səy göstərir. BMT nümayəndəsi HTŞ lideri Əbu Məhəmməd əl-Culani və müvəqqəti administrasiyanın rəhbəri Məhəmməd əl-Bəşirlə görüşüb.

Quterreş bildirib ki, Suriya xalqı daha yaxşı bir gələcək qurmaq fürsətindən istifadə etsə də, beynəlxalq ictimaiyyət onların yanında olmalıdır.


metbuat.az.