METBUAT.AZ

Dünya

Bu ölkədə ərzaq paylanılması zamanı ölənlərin sayı 50-ni keçdi

22 Dekabr 2024 14:32

Nigeriyanın müxtəlif şəhərlərdə ərzaq paylanması zamanı yaranan izdihamda 50-dən çox insan həyatını itirib.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, bu barədə Nigeriyanın "Arise news" telekanalı məlumat yayıb.

Paytaxtın Maytama rayonunda kilsədə aztəminatlı ailələrə ərzaq paylanması zamanı yaranan izdihamda azı 10 nəfər həlak olub. Anambra əyalətinin Okija şəhərindəki stadionda isə humanitar yardım paylanması zamanı 40-dan çox insan izdihamda qalaraq dünyasını dəyişib.

Nigeriya polis rəisi Kayode Eqbetokun paytaxt və Anambra əyalətində baş verən faciələrin hərtərəfli araşdırılmasına göstəriş verib.

Ölkə prezidenti Bola Tinubu faciə ilə əlaqədar qarşıdakı günlərdə keçiriləcək bütün bayram tədbirlərində iştirakını ləğv edib.

Leyboristlər Partiyasından 2023-cü il seçkilərində prezidentliyə namizəd Piter Obi baş verən faciələri kütləvi yoxsulluğun, ərzağın yüksək qiymətinin və hakimiyyətin yanlış addımlarının nəticəsi kimi qiymətləndirib.


metbuat.az.