21 Dekabr 2024 20:51
Yaponiyada 94 mindən çox qripə yoluxma qeydə alınıb.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, ölkə üzrə 5000 xəstəxana və klinikada 94 259 qrip xəstəsi qeydə alınıb.
Bildirilib ki, cari mövsümdə ölkədə ümumi qriplə xəstələnmə halların sayı 718 000-ə çatıb.
Məlumata görə, epidemiyanın yanvar ayında pik həddə çatacağı gözlənilir. Buna görə, qurumlar əhalini ehtiyat tədbirləri görməyə çağırıb.