3 Dekabr 2024 17:56
"ChatGPT"də "David Mayer" adını daxil edərkən süni intellekt botu çökür.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, belə problemlə süni intellekt botundan istifadə edən çoxsaylı istifadəçilər qarşılaşıblar.
Xətanın məlumatların qorunması qanunları ilə bağlı ola biləcəyi ehtimal olunur. Mütəxəssislər "David Mayer"in Ümumi Məlumatların Qorunması Qaydası (GDPR) qanununa əsasən sorğu göndərmiş ola biləcəyini bildirirlər. Məlumatların qorunması qanunu insanlara "Google" kimi texnoloji şirkətlərdən adlarını və məlumatlarını internetdən silməyi tələb etməyə imkan verir. Bununla belə, həminb adın digər axtarış motorunda və "ChatGPT"nin əsas rəqiblərindən hər hansı birində məhdudlaşdırıldığı görünmür.
İstifadəçilər David Mayerin "ChatGPT"nin adını çəkə bilmədiyi yeganə şəxs olmadığını kəşf etdikdən sonra bu sözü yazmaq trend halı alıb. Lakin bir müddət sonra Brian Hood, Jonathan Turley, Jonathan Zittrain, David Faber və Guido Scorza kimi adların da süni intellektin çökməsinə səbəb olduğu müəyyən edilib.
"OpenAI" şirkəti isə süni intellekt botunun niyə çökməsi ilə bağlı açıqlama verməyib.