14 Dekabr 2024 14:18
Cənubi Koreya parlamenti ölkə prezidenti Yun Sok Yolun impiçmentini dəstəkləyib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə zamanı impiçmentin "lehinə" 204, "əleyhinə" isə 85 nəfər çıxış edib.
Bildirilib ki, səsvermədə hakim "Vətəndaş Gücü" partiyasının deputatları da iştirak edib.