11 Dekabr 2024 11:36
Dövlət Sosial Müdafiə Fondunun xərcləri bu ilin 11 ayında ötən ilin müvafiq dövrünə nisbətən 14% və ya 743 mln. manat artaraq 6 mlrd. 299 mln. manat təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə DSMF-dən məlumat verilib.
Bildirilib ki, həmin dövrdə Fondun gəlirləri 6 mlrd. 288 mln. manat təşkil edib ki, bu da proqnozla müqayisədə 4% və ya 233 mln. manat çoxdur.