11 Dekabr 2024 20:05
Dekabrın 11-də Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın paytaxtı Moskva şəhərinə işgüzar səfər edib.
Bu barədə Metbuat.az-a Nazirlər Kabinetindən bildirilib.
Səfər Rusiya Hökumətinin Sədri Mixail Mişustinin dəvəti ilə baş tutub.
Ə.Əsədov MDB-nin Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.