3 Dekabr 2024 20:59
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.
Metbuat.az xəbər verir ki, telefon danışığı zamanı Türkiyə-Rusiya ikitərəfli əlaqələri ilə yanaşı, Suriyadakı son hadisələr, qlobal və regional məsələlər müzakirə edilib. Ərdoğan bildirib ki, Türkiyə Suriyadakı son hadisələrdən faydalanmağa çalışan terror təşkilatı PKK və onunla əməkdaşlıq edən qruplaşmalarla mübarizədə qətiyyətli mövqeyini davam etdirəcək. Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir və Suriyada ədalətli və daimi həll üçün səy göstərdir.
Türkiyə Prezidenti gərginliyin diplomatik yolla həll edilməsinin vacibliyinə toxunaraq, Suriya rejiminin siyasi həll prosesinə iştirak etməsinin lazım olduğunu vurğulayıb. Ərdoğan Türkiyənin Suriyada mülki əhalinin zərər görməməsi və əmin-amanlığın təmin edilməsi üçün əlindən gələni etdiyini bildirib.