METBUAT.AZ

Dünya

​Ərəb Liqası Suriyaya barədə çağırış etdi

8 Dekabr 2024 22:58

Ərəb Dövlətləri Liqası Suriyaya qarşı sanksiyaları ləğv etməyə və onun xalqına dəstək verməyə çağırıb.

Metbuat.az APA-ya istinadla xəbər verir ki, bu haqda təşkilatın baş katibliyinin müvafiq bəyanatında deyilir.

“Ərəb Dövlətləri Liqasının Baş Katibliyi regional və beynəlxalq sabitliyə nail olmaqda maraqlı olan bütün tərəfləri sanksiyaların ləğvi də daxil olmaqla, bu çətin keçid dövründən keçməkdə Suriya xalqını dəstəkləməyə çağırır”, - deyə bəyanatda bildirilir.

Təşkilat qeyd edib ki, bu mərhələdə suriyalılardan tolerantlıq və dialoq anlayışlarına riayət etməyi tələb edir.


metbuat.az.