19 Dekabr 2024 08:25
Bəşər Əsəd rejiminin süqutunu alqışlamaq lazımdır.
Metbuat.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Kir Starmer belə açıqlama verib. Starmer Britaniya parlamentində keçirilən "Baş nazirə suallar" iclasında İcmalar Palatasının üzvlərinin suallarını cavablandırıb. O bildirib ki, Suriyada növbəti dövr üçün ehtiyatlı olmaq lazımdır. Starmer Britaniyanın Suriyadakı qaçqınlara və ehtiyacı olanlara etdiyi maliyyə yardımlarından da danışıb. Starmer, G7 liderləri ilə beynəlxalq hüquqa, insan haqlarına hörmət edən və bütün vətəndaşları qoruyan Suriya hökumətinin qurulmasını müzakirə etdiklərini ifadə edib.
Rusiya-Ukrayna müharibəsinə də toxunan Starmerin sözlərinə görə, Ukraynaya dəstəyi davam etdirmək lazımdır. Onun sözlərinə görə, Ukrayna müharibəsi Rusiyanın geri addım atması ilə yekunlaşa bilər. Qeyd edək ki, Avropa ölkələri, o cümlədən Böyük Britaniya Suriyada yeni hökumətlə əməkdaşlıq etməyə hazır olduqlarını bəyan etmişdi.