6 Dekabr 2024 09:46
Son illər ölkədə qoyunçuluq sahəsində azalma müşahidə olunur. Statistikanın məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında xırda buynuzlu heyvanların sayı 7 milyondan bir qədər artıq olub.
Metbuat.az "İTV Xəbər"ə istinadən xəbər verir ki, bölgələrdə quzuların erkən, yəni 3-4 aylıq yaşda kəsilməsi damazlıq genofondunun azalmasına səbəb olur. Alıcılar isə daha çox az çəkili quzu ətini üstün tutduqlarını bildirirlər. Bunun əsas səbəbi az yaşda quzu ətinin daha dadlı olması və tez bişməsi ilə əlaqələndirilir.
Fermerlər bu halın iqtisadi cəhətdən zərərlər yaratdığını vurğulayır. Onların sözlərinə görə, erkən yaşda kəsilən quzuların maya dəyəri baha başa gəlir.
Qəssablar isə bazarın tələblərinə uyğun davranmaq məcburiyyətində olduqlarını qeyd edirlər. Onlar daha çox Beyləqan, Ağcabədi və Bərdədən gətirilən balaca quzuların ətinin üstünlük təşkil etdiyini bildirirlər:
"Balaca quzular dadına, çəkisinə və tamına görə alıcıların seçiminə uyğun gəlir".
Daha ətraflı video: