METBUAT.AZ

İdman

​"Fənərbaxça" “Qalatasaray”ın planlarını pozdu -

27 Dekabr 2024 11:43

"Fənərbaxça" Markus Reşfordu transfer etməyə çalışır.

Metbuat.az xəbər verir ki, əsas heyətdən kənarda qalan futbolçu klubdan ayrıla bilər. Futbolçunun özünün də "Mançester Yunayted"i tərk etməyə razılıq verdiyi irəli sürülür. Məlumata görə, əsas heyətdən kənarda qalan futbolçu Ruben Amorim qurduğu yeni heyətdə özünə yera tapa bilməyib. Reşfordun "Fənərbaxça"ya transfer ola biləcəyi irəli sürülür. “Sky Sports”un məlumatına görə, "Mançester Yunayted" Markus Reşfordu heyətdən göndərib onun əvəzinə “Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin futbolçusu Viktor Osimheni transfer etmək istəyir.

Raşfordun mövsümün fasiləsində klubdan ayrılması nigeriyalı hücumçunun gəlişinə zəmin yarada bilər. Viktor Osimhenin "Mançester Yunayted"ə razılıq verəcəyi irəli sürülür. Tranferdə maneənin onun 75 milyon avroluq transfer haqqıdır. "Mançester Yunayted"in bu məsələdə “Napoli” ilə razılığa gələ biləcəyi qeyd edilir.


metbuat.az.