METBUAT.AZ

İdman

​"Fənərbaxça" və "Qalatasaray" istəyirdi -

24 Dekabr 2024 12:43

"Fənərbaxça" və "Qalatasaray"ın gündəmində olan İlkay Gündoğanın mövsümün sonunda "Mançester Siti"dən ayrılacağı bildirilib.

Metbuat.az xəbər verir ki, futbolçunun Türkiyəyə transfer olmayacağı irəli sürülür. İddialara görə, futbolçu İtaliyada futbol oynamaq istəyir. İspan məbuatında dərc edilən xəbərlərə görə, “İnter” İlkay Gündoğanla razılıq əldə edib. Bildirilir ki, İtaliya klubu yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalaya bilər. Tərəflər arasında fikir ayrılığının məvaciblə bağlı olduğu deyilir.

Qeyd edək ki, Super Liqa nəhəngləri “Fənərbaxça” və “Qalatasaray” mövsümün əvvəlində İlkay Gündoğanı transfer etmək üçün cəhd etsə də, ulduz yarımmüdafiəçi keçmiş komandası “Mançester Siti”yə üstünlük verib. Bu mövsüm "Mançester Siti"nin heyətində 23 matçda forma geyinən İlkay Gündoğan 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.


metbuat.az.