2 Dekabr 2024 21:42
"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim ilk transferini müəyyən edib.
Metbuat.az xəbər verir ki, “Mançester Yunayted” “Bavariya”nın futbolçusu Alfonso Daviesi transfer etməyə çalışır. Məlumata görə, futbolçunun “Bavariya” ilə müqaviləsi mövsümün sonunda başa çatır. O hələ klubu ilə müavilə uzatmayıb. Alfonso Davieslə “Barselona” və “Real Madrid”in də maraqlandığı deyilir. İspaniya klublarının daha öndə olduğu bildirilsə də, “Mançester Yunayted”in böyük maddi təklifi futbolçunu fikrindən daşındıra bilər. Həmçinin, “Mançester Yunayted” "Milan"ın futbolçusu Hernadez və "Çelsi"nin müdafiəçisi Ben Çilvell də maraqlandır. Qeyd edək ki, "Mançester Yunayted" Ruben Amorimi kluba məşqçi gətirib. O ilk oyununda heç-heçə edib. İkinci oyunda isə "Mançester Yunayted" "Everton"u 4-0 hesabı ilə məğlub edib.