METBUAT.AZ

Dünya

Fransua Bayru Fransanın baş naziri təyin edildi

13 Dekabr 2024 16:20

Fransa Prezidenti Emmanuel Makron Fransua Bayrunu ölkənin yeni baş naziri təyin edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Yelisey sarayı”ından məlumat verilib.

Fransua Bayruya hökuməti formalaşdırmaq tapşırılıb.

Qeyd edək ki, mərkəzçi siyasətçi Fransua Bayru "Demokratik Hərəkat" partiyasının lideridir.

O, iki dəfə nazir vəzifəsini tutub: 1993-1997-ci illərdə təhsil naziri, 2017-ci ildə isə ədliyyə naziri olub.


metbuat.az.