8 Dekabr 2024 20:09
Ötən gün Tbilisidəki etiraz aksiyasında xəsarət almış 14 nəfər xəstəxanaya yerləşdirilib.
Metbuat.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Onlardan 10-u etirazçı, 2-si media nümayəndəsi və 2-si Daxili İşlər Nazirliyinin əməkdaşıdır.
Hazırda klinikalarda üç zərərçəkən müalicə alır, onların baş və bədən nahiyəsində xəsarətləri var, həyatlarına heç bir təhlükə yoxdur.